AZ

Dünyada hər dörd nəfərdən biri təhlükəsiz içməli sudan məhrumdur

ain.az, Olke.az portalına istinadən məlumat verir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və UNICEF-in məlumatına görə, planetdə hər dörd nəfərdən biri hələ də təhlükəsiz içməli suya çıxış əldə edə bilmir.

Ölkə.az xəbər verir ki, bu barədə "Phys.org" məlumat verib.

2024-cü ildə 2 milyarddan çox insan təhlükəsizlik standartlarına cavab verən sudan istifadə edə bilməyib ki, bu da onların sağlamlığını və həyatını təhlükə altına salır. Problem xüsusilə Afrikada daha kəskindir – 28 ölkədə əhalinin 25 faizindən çoxunun hətta suya elementar çıxış imkanı yoxdur.

Bəzi irəliləyişlərə baxmayaraq, 2015-ci ildən bəri 961 milyon insan təhlükəsiz suya çıxış əldə edib, amma yaxşılaşma tempi olduqca zəifdir.

2024-cü ildə yalnız 31 ölkə təhlükəsiz içməli suya universal çıxış əldə edib, 89 ölkə isə ən azı əsas səviyyəni təmin edib. Eyni zamanda, 106 milyon insan hələ də çaylar, gölməçələr və kanallar sularından istifadə edir ki, bu da xəstəlik riskini artırır.

Ən həssas qruplardan biri qadınlar və qızlardır. Çünki əksər ölkələrdə su gətirmək əsasən onların üzərinə düşür. Bu isə təhsil, iş və şəxsi təhlükəsizlik imkanlarını məhdudlaşdırır. Bundan əlavə, su qıtlığı miqrasiyanı artırır ki, bu da sosial gərginliyin yüksəlməsinə və zorakılığın artmasına səbəb ola bilər. Belə hallara Somalidə rast gəlinir.

Hesabata görə, BMT-nin 2030-cu ilə qədər təhlükəsiz suya universal çıxışı təmin etmək məqsədinə nail olmaq getdikcə çətinləşir. ÜST və UNICEF vurğulayır ki, su, kanalizasiya və gigiyena imtiyazlar deyil, təcili və qətiyyətli tədbirlər tələb edən fundamental insan hüquqlarıdır.

Həmidə İbrahimova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
olke.az

2Mənbələr