AZ

"10-cu Muğam Televiziya Müsabiqəsi" nə vaxt keçiriləcək? - Xalq artistindən AÇIQLAMA

"Bu il 9-cu Muğam Televiziya Müsabiqəsinin finalı Laçın şəhərində baş tutdu. Azad Laçınımızda müsabiqənin finalını etmək möhtəşəm hiss idi. Heydər Əliyev Fondunun, şəxsən Birinci Vitse Prezident Mehriban xanım Əliyevanın təşkilatçılığı, təşəbbüsü ilə keçirilən müsabiqə çox böyük uğurla sonlandı. Layiqli ifaçılar öz yerlərini tutdu. Siz Laçındakı insan izdihamını, həyəcanı bir görsəydiniz.. Çox şükürlər olsun ki, bu günləri yaşayırıq"
 
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Mənsum İbrahimov deyib. O daha sonra əlavə edib:
 
"Laçına gedəndə sənət yoldaşlarımla birgə Şuşaya, İsa buıağına da getdik. Getməsək olmazdı. Siz təsəvvür edin ki, İsa bulağında nə qədər böyük izdiham var idi.. Həmkarlarım, xalq artistləri Nəzakət Teymurova və Mələkxanım Eyubova ilə "Şuşanın dağları" mahnısını ifa etdik. Bu görüntüləri bəlkə də 200-ə yaxın insan çəkib, sosial şəbəkələrdə paylaşdılar. Şükürlər olsun ki, artıq qalib xalqın nümayəndələri kimi o torpaqlara gedib qayıdırıq" deyə o bildirib.
Xalq artisti bildirib ki, bu müsabiqə gənc və istedadlı xanəndələri ortaya çıxarır:
 
"Bilirsiniz ki, bu müsabiqə hər iki ildən bir keçirilir. Müsabiqə hələ ki, yeni bitib. Nə vaxt qərar verilsə, o vaxt da müsabiqə yenidən keçiriləcək. Həm də bir az vaxt keçsin, bu zaman ərzində gənclərimiz də yetişsin. Bütün muğamsevərləri, tamaşaçılarımızı ürəkdən təbrik edirəm" deyə o bildirib.
Seçilən
30
moderator.az

1Mənbələr