AZ

Prezident İlham Əliyevin 2025-ci il avqustun 21-də Kəlbəcər şəhərinə səfəri zamanı çıxışı “Əziz kəlbəcərlilər, Kəlbəcərə xoş gəlmisiniz!



Bu gün sizin həyatınızda tarixi bir gündür. Doğma Vətənə, doğma şəhərə 32 ildən sonra qayıdırsınız və bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Biz ədaləti bərpa etdik, haqqımızı bərpa etdik və bugünkü tədbir bir daha onu göstərir ki, Azərbaycan xalqı iradəli xalqdır. Azərbaycan xalqı öz doğma torpağına bağlıdır və bütün çətinliklərə baxmayaraq, işğal dövründə biz nəinki inamımızı itirməmişik, hər birimiz - bütün xalq hər gün bu müqəddəs günü yaxınlaşdırırdı”.
Cənab Prezidentin çıxışında qeyd etdiyi kimi, Azərbaycan zamanla şanlı zəfərimizi şərtləndirən bütün amilləri təmin etdi. Hər gün, hər saat Zəfər günümüzü yaxınlaşdırdı. Belə ki, güclü iqtisadiyyat qurduq, beynəlxalq müstəvidə Ermənistan işğalçı dövlət kimi ifşa edildi. Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti nəticəsində bir çox aparıcı beynəlxalq təşkilatlar mövqeyimizi qəbul etməyə məcbur oldular. İqtisadi imkanlarımız ordu quruculuğunu təmin etdi. Ən müasir silahlar alındı. Vətənpərvər gənc nəsil yetişdi. O gənc nəsil ki, 44 günlük İkinci Qarabağ müharibəsində canını qurban verib torpaqlarımızı düşməndən azad etdi. Azərbaycan dövləti və Azərbaycan xalqı bir yumruq kimi birləşdi. Vətən müharibəsinin rəmzinə çevrilən “Dəmir yumruq” həm gücümüzün, həm də birliyimizin təqdimatı oldu. 2020-ci ildən bugünə kimi Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş rayonlara hər səfəri əlamətdar olur – yeni infrastruktur obyektlərinin, yolların açılışı, evlərinə dönən insanlarla səmimi görüşlər və sülh, əminamanlıq etiva edən, gələcəyə ümid verən çıxışları ilə bizi ruhlandırır. Bu gün azad olunan digər rayonlarımız kimi Kəlbəcər də kompleks şəkildə sürətlə yenidən qurulur. Ermənilərin vaxtilə vandallığa məruz qoyduqları, yandırdıqları, təbiətinə dağ çəkdikləri Kəlbəcərdə artıq yeni həyat başlayır. 2022 -2023-cü illərdə ölkə başçısı və birinci xanım Mehriban Əliyevanın rayona səfərləri çoxsaylı təməlqoyma mərasimləri və infrastruktur obyektlərinin açılışı, yerli sakinlərlə görüşlər ilə yadda qaldı. Bütün bunlar işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərinin nə qədər əzəmətli, genişmiqyaslı olduğunu, kompleks məzmun daşıdığını göstərir. 2025-ci il avqust ayının 21-də Kəlbəcər şəhərinə ilk köç baş tutdu. Aparılan quruculuq işləri Prezidentin qətiyyətinin və dövlətimizin gücünün təntənəsi, Azərbaycanın siyasi və iqtisadi gücünün əks etdirir.
“Birinci mərhələdə “Böyük Qayıdış” Proqramı çərçivəsində Kəlbəcər şəhərində dörd yaşayış kompleksinin inşası nəzərdə tutulur və bu binalarda 10 mindən çox insan yaşayacaq. Təbii ki, lazım olan bütün digər infrastruktur layihələri də icra edilibdir. İşıq, su, təbii qaz çəkilib, yollar salınıb, minalardan təmizləmə işi aparılıb. İndi Kəlbəcər şəhərində gözəl məktəb tikilir və gələn il istifadəyə veriləcək. Ancaq builki dərs ilini kəlbəcərli uşaqlar modul tipli məktəbdə oxuyacaqlar”.
İşğaldan azad olunmuş bütün rayonlarımızda olduğu kimi Kəlbəcərdə bugündən həyat yenidən başlayacaq. Təbiətlə bütünləşən bu diyarda yeni nəsil yetişəcək, bu qədim torpağın saf, minerallarla zəngin suyunu içib, təmiz havasını udaraq yurdunu göz bəbəyi kimi qoruyacaq. Kəlbəcərə məxsus qədim adət-ənənələrimiz, mədəniyyətimiz, incəsənətimiz bu qədim diyarda daha da zənginləşəcək.
Cənab Prezident İlham Əliyev: “Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir”.
Biz buna əminik və bütün qəlbimizlə inanırıq!Doğrudan da, Kəlbəcəri görüb ona valeh olmamaq mümkün deyil. Əsrarəngiz təbiəti, dağları, qayaları, hər dərədən axan saf suları, isti və soyuq bulaqları, zəngin flora və faunası ilə ölkəmizin ən zəngin diyarıdır.
Qayıdışınız mübarək, əziz kəlbəcərlilər!
Gözümüz aydın olsun, əziz həmyerlilərim!

Aytac Abbasova
YAP Laçın rayon təşkilatının 51 saylı ərazi partiya təşkilatının sədri
Filologiya üzrə fəlsəfə doktoru
Laçın rayon M.Səfərov adına Qozlu kənd tam orta məktəbin direktoru



Seçilən
4
aia.az

1Mənbələr