AZ

İran təhlükəsi: Qrossi 24 saatlıq mühafizə altına alındı

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi İranla əlaqəli şəxslərin təhdidi səbəbindən iyunun sonundan bəri 24 saatlıq mühafizə altındadır.

Axar.az xəbər verir ki, bu barədə “Vol Strit Jurnal” kəşfiyyat mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, Avstriya kəşfiyyatı üçüncü tərəfdən məlumat aldıqdan sonra Qrossinin mühafizəsinə xüsusi təyinatlı "Kobra" bölməsinin üzvləri cəlb edilib.

Başqa bir mənbə təhdidin birbaşa İranın özündən gəldiyinə inanıldığını və rəsmilərin buna ciddi yanaşdığını deyib. MAQATE-nin sözçüsü Fredrik Dahl xüsusi təyinatlıların məlumatını təsdiqləyib, lakin təhlükənin İrandan gəldiyinə yox:

“Biz təhlükənin konkret olaraq haradan gəldiyini deyə bilmərik”.

Nəşr xatırladıb ki, İran İsraillə 12 günlük müharibədə Qrossini də günahlandırmış, MAQATE-nin nüvə proqramı ilə bağlı hesabatlarının qərəzli olduğunu və əsassız iddialar olduğunu bildirmişdi:

“Əməliyyatlar başa çatdıqdan sonra Qrossi müfəttişlərin təhlükəsizliyindən ehtiyat edərək onları İrandan çıxarmaq üçün əməliyyat təşkil etdi. İranın ali dini lideri Ayətullah Əli Xameneinin baş müşaviri Əli Laricani müharibədən sonra Qrossi ilə məşğul olacağına söz vermişdi. İranın “Keyhan” qəzetində Qrossi hətta İsrail casusu adlandırılmışdı. MAQATE sədri bu iddiaları əsasssəz hesab etmişdi”.

Seçilən
6
1
axar.az

2Mənbələr