AZ

Rusiyanın "vintini sıxmaq" yalnız o ölkənin əlindədir - Politico

Avropa İttifaqı (Aİ) Rusiyanın zəifləmiş müharibə iqtisadiyyatına daha güclü zərbə vurmağa yönəlmiş yeni tədbirlər hazırlayır. 

Ölkə.az xəbər verir ki, bu barədə “Politico” yazıb.

Nəşrin yazdığına görə, neft və qaz idxalının dayandırılması qərarından sonra Brüsseldə daha çox başa düşülür ki, Rusiyaya ən ağrılı zərbəni Aİ deyil, Vaşinqton vura və "vintini sıxa" bilər .

Avropa diplomatları deyirlər ki, genişmiqyaslı işğalın başlamasından bəri 19-cu olan yeni sanksiyalar paketi gələn ay açıqlanacaq, lakin enerji satışına ciddi məhdudiyyətlər daxil olmayacaq.

Əsas diqqət Rusiyaya mövcud qaydalardan yan keçməyə kömək edən və ‘kölgə donanması’ adlandırılan gəmi və şirkətlərə yönələcək.

Nəşrin yazdığına görə, Moskvaya ağrılı zərbə vura biləcək gücə malik ölkə  varsa, o da ABŞ-dir. 

“Rusiya ilə iş görən şirkətlərə qarşı ciddi sanksiyaların tətbiqi, onu işə salıb reallaşdırmağa qadir ölkə varsa, o da ABŞ-dir. Yalnız ABŞ-nin atdığı bu addımlar Moskva üçün ağrılı ola bilər", - məqalədə deyilir.

Mürtəza

Seçilən
26
18
olke.az

10Mənbələr