AZ

Biləsuvarda yeni çəkilmiş yolun üstündə "ölüm" dayanacaqları - FOTO

Biləsuvar-Bəhramtəpə avtomobil yolunda yerləşən avtobus dayanacaqlarında təhlükəli vəziyyət yaranıb. 

Paralel.az xəbər verir ki, rayon sakinləri Yurd.Media-ya bildirir ki, bu problem daha çox Biləsuvarın Nəsimikənd və Günəşli kəndlərində yerləşən dayanacaqlarda müşahidə olunur. Belə ki, sərnişinlərin avtobus və ya taksi gözləməsi üçün nəzərdə tutulan dayanacaqların fasadı qoparaq yerə tökülür:

"Sağolsunlar bu dayanacaqları yaradıblar. Amma belə görünür ki, tikinti işləri keyfiyyətsiz aparılıb. Fasad hissədə yerləşən aqlaylar qoparaq yerə tökülür. İsti havadı, hamı maşın gözləmək üçün özünü dayanacağa verir. Allah eləməmiş bir bədbəxt hadisə olsa, kim cavab verəcək!?" - deyə sakinlər əlavə edib.

Sakinlər problemin tezliklə həll olunmasına ümid edirlər. 

Qeyd edək ki, respublika əhəmiyyətli Bəhrəmtəpə-Biləsuvar avtomobil yolu 2020-ci ilin sentyabr ayında yenidən qurulub və zəruri yerlərdə 28 avtobus dayanacağı quraşdırılıb.

Seçilən
12
5
paralel.az

3Mənbələr