AZ

Nazir Almaniyada qaydaları BELƏ POZDU

Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu “Bild” qəzetinə mövzu oldu

News365.az xəbər verir ki, Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlunun Audi markalı avtomobillə magistral yolda yüksək sürətlə hərəkət etdiyi anlar Almaniyanın nüfuzlu Bild qəzetində xəbər mövzusu olub.

Bild yazır ki, nazir sosial mediada paylaşdığı videoda yolun keyfiyyətini qürurla nümayiş etdirib. Lakin görüntülərdə Uraloğlu’nun saatda 225 km sürətlə hərəkət etdiyi məlum olub. Bu səbəbdən nazira cərimə tətbiq edildiyi və həmin cərimənin öz tərəfindən də ictimaiyyətlə paylaşıldığı qeyd olunub.

Alman istehsalı avtomobil, “yap-işlet-devret” modeli yol

Nazirin sürdüyü Audi markalı avtomobilin Alman istehsalı olması və istifadə olunan yolun da “yap-işlet-devret” modeli ilə həyata keçirilməsi diqqət çəkib. Bildirilib ki, magistral yolun inşaatı özəl şirkət tərəfindən aparılıb və hazırda həmin şirkət tərəfindən istismar olunur. Üstəlik, yolun dəyəri oxşar layihələrin təxminən 4 qatı qiymətə başa gəlib.

Xəbərdə vurğulanıb ki, həm avtomobil, həm də yol Türkiyəyə aid deyil, buna görə də ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub.


Seçilən
13
news365.az

1Mənbələr