AZ

Bu yolda sürücülər istiqaməti ayırd edə bilmirlər Video

Qafqazinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakının Yasamal rayonu kənar dairəvi yolun köməkçi hissəsi itərəfli olsa da, sürücülər yolun birtərəfli olduğunu zənn edirlər. Bu da günün istənilən vaxtında qəza şəraiti yaradır.

“Qafqazinfo” xəbər verir ki, bu problemlə bağlı Xəzər TV-yə ərazidə yaşayan sakinlər müraciət ediblər.

Onların sözlərinə görə, üzü “Şamaxinka” istiqamətində hərəkət edən sürücülərin yolu birtərəfli bilmələrinə səbəb düz xəttin silinməsidir.

Bir müddət əvvəl yeraltı kommunikasiya xətləri yeniləndiyindən yolun sağ və sol hissəsində qazıntı işləri də aparılıb. Bu da yolun daralmasına səbəb olub ki, hərəkət edən sürücülər istiqaməti ayırd edə bilmirlər. Sakinlər bildiriblər ki, bu vəziyyət həm gündüz, həm də axşam saatlarında ciddi təhlükə yaradır.

Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, yolun qazılan hissəsinə bir qat asfalt vurulub, yaxın günlərdə də ikinci qat vurulacaq.

Daha ətraflı süjetdə:

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
23
7
qafqazinfo.az

8Mənbələr