AZ

Kəndli niyə mal- qara saxlamaq istəmir?

Gələn onunla razılaşaq ki, ölkəmizdə kənd adamlarının mal- qara və qoyun- quzu saxlamağa bir o qədər də marağı, həvəsi yoxdu. Bəs niyə? Niyesi odur ki, indi əvvəlki kimi örüs, otlaq sahələri yoxdur.

Bununla yanaşı, artıq kəndli məcbur olub, o heyvanlara həyətyanı sahələrdə saxlayır. Bu isə birmənalı olaraq həmin adamlar üçün əlverişli deyil.Əgər otlaq sahələri , örüşlər yoxsa, hansı mal- qaranı, qoyun- quzunu saxlamaqdan söhbət gedə bilər. Örüş yeri olmayanda  qışa yem də toplamaq çətinləşir. Hər rayonda min hektarlarla torpaq sahəsi, otlaqlar hansısa, pullu adamlar tərəfindən ələ keçirilib.

Onların min hektarlarla torpaq sahəsi var, amma kəndlinin beş hektar torpağı yoxdur. Belə olanda hansı, ədalətdən, haqdan danışmaq olar? Bax ona görə də , kənd adamları imkansızlıq üzündən mal- qara saxlamırlar. Sonra da deyirik ki, bəs mal- qoyun əti niyə bahalaşır! Bax , sadaladığımız səbəblər üzündən bahalaşma baş alıb gedir.

Əgər kəndliyə belə ögey münasibət bəslənilsə, mal və qoyun ətinin qiyməti bundan sonra da  bahalaşcaq və onun qarşısını almaq mümkün olmayacaq!

Emil Faiqoğlu

Seçilən
22
adalet.az

1Mənbələr