Missuri Universitetindən tədqiqatçılar, yaxın zamanda apardıqları bir işdə kainatın uzaq bölgələrini araşdırıblar və heyrətamiz bir kəşflər ediblər.
HİT.az xəbər verir ki, NASA-nın Ceyms Vebb Kosmos Teleskopu (JWST) tərəfindən yaxalanan infraqırmızı şəkilləri təhlil edərək, gözləniləndən daha parlaq parıldayan 300 cisim müəyyənləşdiriblər.
Tədqiqatçılar bu kəşfi edərkən Ceyms Vebbin inkişaf etdirilmiş infraqırmızı sensorları olan Yaxın İnfraqırmızı Kamera (NIRCam) və Orta İnfraqırmızı Cihazdan (MIRI) istifadə ediblər. Kosmosun ən uzaq bölgələrindən gələn işığı hiss edən bu cihazlar, erkən kainatı öyrənməkdə kritik əhəmiyyətə malikdir. İşıq dünyadan uzaqlaşdıqca genişlənib infraqırmızı spektrə sürüşdüyü üçün, bu cür cisimləri müəyyən etmək ancaq bu üsulla mümkün olur.
Keçmişdə, həddindən artıq parlaq olan bu cür cisimlərin adətən erkən qalaktikalar yox, başqa fenomenlər olduğu güman edilirdi. Lakin alimlər bu dəfə bu namizədlərin daha diqqətlə araşdırılması lazım olduğunu deyirlər. Hətta bu cisimlərdən biri, spektroskopiya ilə təsdiqlənmiş və həqiqətən də erkən kainata aid bir qalaktika kimi müəyyən edilib.
Lakin bu tək nümunə kifayət deyil; nəzəriyyələrin yenidən qiymətləndirilib qiymətləndirilməyəcəyini dəqiq demək üçün daha çox təsdiq tələb olunur.
Samir