"Mançester Yunayted"in və İngiltərə millisinin yarımmüdafiəçisi Kobbe Maynu karyerasını La Liqada davam etdirə bilər.
Publika.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Futbolçuya Madridin iki klubu – "Real" və "Atletiko" maraq göstərir. Xəbərdə bildirilir ki, İspaniya nəhəngləri oyunçunu bir illik icarəyə götürmək variantını nəzərdən keçirir. 19 yaşlı Maynu Premyer Liqanın cari mövsümündə MY-nin keçirdiyi ilk iki oyunda iştirak etməyib.
Futbolçunun özü Mançester təmsilçisini tərk etmək istəmir və əsas heyətdə müntəzəm oynamağa can atır. Lakin onu "qırmızı şeytanlar"ın bu mövsüm çıxış etməyəcəyi Çempionlar Liqasında oynamaq imkanı da maraqlandıra bilər.