AZ

Özcan Dəniz 31 Oktyabrda yenidən Bakı səhnəsində - FOTO

Məşhur türk müğənni, bəstəkar və aktyor Özcan Dəniz yenidən Bakıya gəlir.

News24.az xəbər verir ki, minlərlə azərbaycanlı pərəstişkarının səbirsizliklə gözlədiyi bu xüsusi tədbir məşhur təşkilatçı Eyyub Hüseynzadə və onun təsis etdiyi “Anadolu Events” şirkətinin təşəbbüsü ilə həyata keçiriləcək. Möhtəşəm kosert proqramı oktyabrın 31-i Bakı Konqres Mərkəzində gerçəkləşəcək. 

Bu gecə musiqi və duyğunun harmoniyası ilə seçiləcək. Özcan Dənizin sevilən hitləri, romantik mahnıları və xüsusi səhnə performansı izləyicilərə unudulmaz anlar yaşadacaq.

Qeyd edək ki, biletləri iticket.az saytından əldə etmək mümkündür.

Seçilən
30
3
news24.az

4Mənbələr