AZ

Çempionlar Liqası: “Kayrat” əsas mərhələyə vəsiqə qazandı

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab görüşlərinə start verilib. 

Bizim.Media xəbər verir ki, ötən gün 3 oyun keçirilib. 

İlk qarşılaşma Qazaxıstanda baş tutub. 

“Kayrat” və “Seltik” ilk oyunda olduğu kimi, bu dəfə də qalibi müəyyənləşdirə bilməyiblər. Qalib penalti seriyasında turnirin final mərhələsinə yüksəlib. Qazaxıstan çempionu qələbə qazanaraq, tarixində ilk Çempionlar Liqasının həlledici məthələsinə vəsiqə qazanıb.

Eyni uğura “Pafos” da imza atıb. Kirplilər iki oyunun nəticəsinə görə, “Srvena Zvezda”nı mübarizədən kənarlaşdırıraq, tarixi uğura imza atıblar. “Bodo Qlimt” isə “Şturm Qrats”dan güclü olub.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, cavab oyunları

26 avqust

Kayrat (Qazaxıstan) – Seltik (Şotlandiya) 0:0 pen. 3:2. İlk oyun – 0:0

Pafos (Kipr) – Srvena Zvezda (Serbiya) 1:1. İlk oyun – 2:1

Şturm Qrats (Avstriya) – Bodo Qlimt (Norveç) 2:1. İlk oyun – 0:5.

Bizim.Media

Seçilən
34
4
bizim.media

5Mənbələr