AZ

Vladimir Zelenski Rusiya ilə mümkün danışıqların Türkiyədə keçirilə biləcəyini deyib

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya tərəfi ilə danışıqların Türkiyədə aparıla biləcəyini deyib.

"İndi bu həftə Türkiyə ilə təmaslar olacaq, körfəz ölkələri, ruslarla danışıq platforması ola biləcək Avropa ölkələri ilə təmaslar olacaq. Bizim tərəfimizdən müharibəni bitirmək üçün hər şey mümkün qədər hazır olacaq", - Zelenski axşam videomüraciəti zamanı deyib.

Onun sözlərinə görə, gələcək hadisələr yalnız dünya liderlərinin, ilk növbədə ABŞ-ın “Rusiyaya təzyiq göstərmək” iradəsindən asılıdır.

"Rusiya müstəsna olaraq real danışıqlardan yayınmağa davam edəcəyinə dair siqnallar verir. Bunu yalnız güclü sanksiyalar, güclü tariflər - real təzyiqlə dəyişmək olar. Biz də öz təsirini göstərə biləcək addımlarımızı atırıq", - Ukrayna prezidenti vurğulayıb.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov “NBC News” telekanalına müsahibəsində danışıqların İstanbulda davam edə biləcəyini bildirmişdi.

Almaz Həsənli

Seçilən
37
oxumeni.az

1Mənbələr