AZ

iPhone 17 seriyasının təqdimat tarixi açıqlanıb

Apple illik məhsul təqdimatının 9 sentyabr 2025-ci ildə Kupertinodakı Apple Park kampusunda keçiriləcəyini elan edib.

Operativ Media xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 20:00-da yayımlanacaq.

Şirkət təqdimatda yeni iPhone 17 seriyasını – iPhone 17, 17 Air, 17 Pro və 17 Pro Max modellərini nümayiş etdirəcək. Xüsusilə iPhone 17 Air Apple tarixində ən nazik və yüngül iPhone olacaq.

Bundan başqa, Apple Watch Series 11, Ultra 3 və SE 3, həmçinin AirPods Pro 3, HomePod mini və Apple TV 4K yenilənmiş versiyaları gözlənilir.

Tədbirdə həmçinin iOS 26, iPadOS 26 və macOS Tahoe daxil olmaqla yeni əməliyyat sistemlərinin buraxılış tarixləri açıqlanacaq.

Seçilən
33
operativmedia.az

1Mənbələr