Danimarka XİN ABŞ diplomatını izahat üçün çağırıb
Danimarka Xarici İşlər Nazirliyi (XİN) Qrenlandiyaya təsir etmək cəhdlərindən sonra ABŞ-nin müvəqqəti işlər vəkilini çağırmaq qərarına gəlib.
Demokrat.az-ın xəbərinə görə, bu barədə XİN rəhbərinə istinadən "Danmarks radio" (DR) məlumat yayıb.
"Krallığın daxili işlərinə hər hansı müdaxilə cəhdi, şübhəsiz ki, qəbuledilməzdir. Bununla əlaqədar mən XİN-dən ABŞ-nin müvəqqəti işlər vəkilini danışıqlar üçün çağırmağı xahiş etmişəm", - deyə xarici işlər naziri Lars Lökke Rasmussen bildirib.
Hazırda ABŞ-nin Danimarkada səfiri yoxdur. Trampın bu vəzifəyə təyin etdiyi Ken Haueri hələ vəzifəsinin icrasına başlamayıb. ABŞ-nin Kopenhagendəki səfirliyinin nümayəndəsi DR-ə Vaşinqtonun ayrı-ayrı şəxslərin hərəkətlərinə nəzarət etmədiyini və ayrı-ayrı amerikalıların Qrenlandiyada maraqlarının ola biləcəyini şərh edib.