AZ

Kürdəmirdəki qəzada 39 yaşlı kişi öldü - VİDEO

Ötən gün Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli-Bəhrəmtəpə avtomobil yolunun Kürdəmir rayonu Ucarlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Ağsu rayon sakini, 1986-ci il təvəllüdlü Vahid Alıyevin idarə etdiyi "Mercedes"lə Qax rayon sakini, 1984-cü il təvəllüdlü Nəsimi Hümmətovun idarə etdiyi "Chevrolet Cruze" markalı avtomobil toqquşub.

Qəza nəticəsində "Mercedes"in sürücüsü V.Alıyev aldığı xəsarətlərdən hadisə yerində ölüb, həmin avtomobildə olan sərnişin Dürdanə Səfərova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Faktla bağlı cinayət işi başlanılıb.

Seçilən
46
news24.az

1Mənbələr