Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti hücumçu Rodriqonun Çili və Boliviya ilə oyunlara çağırılmamasının səbəbini açıqlayıb.
Publika.az xəbər verir ki, o, "Real"da birlikdə çalışdığı ulduz futbolçuya mövcud vəziyyətinə görə dəvət göndərmədiyini bildirib:
"Onunla danışmamışam. O, Braziliya millisinin nə demək olduğunu çox yaxşı bilir. Aydındır ki, oyunlarda iştirak etməli və yaxşı fiziki formada olmalıdır. Mənim onunla danışmağıma ehtiyac yoxdur ki, izah verim. Əgər izaha ehtiyacı varsa, qoy mənə zəng etsin. Rodriqoda nömrəm var".