AZ

İranda edam REKORDU Sivil qanunlar yox, dar ağacı danışır

ain.az bildirir, Bizim media portalına istinadən.

Dünyanın hər yerində qaldırıcı kranlar tikinti sahəsində istifadə olunur – İrandan başqa... Bu ölkədə həmin “gavur icadı” təyinatı üzrə çalışmır, o dar ağacı rolunu oynayır. Edamın icrası saz saat kimi çalışır, amma təbii oduncaqdan hazırlanmış quruca ağaca da qıymırlar ki, məhbus onun önündə şairsayağı “Salam, dar ağacı” deyərək işıqlı dünyayla vidalaşsın.  Beynəlxalq təşkilatlarr həyəcan təbili çalırİranda edamların sayında görünməmiş arrtımlar olub. Son 10 ilin rekord göstəricisi kimi bir ayda 200-dək edam olunub, bunlardan 21-i qadındır. Hətta onlardan 3 nəfərin hökmü ictimaiyyətin gözü qarşısında icra olunub. Uşaqların da edam prosesini seyr etməsi xüsusi narahatlıq doğurub.

 

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığı 2024-cü ildə İran hakimiyyətinin 900-dən çox adamı edam etdiyini açıqlamışdı. Belə getsə bu il rekord qırılacaq. Öz camaatına qənim kəsilmiş İran hakimiyyəti müxtəlif ittihamlarla neçə-neçə gəncin dünyasını qaraldıb. İranda edamlar adətən qətl, narkotik alveri, təcavüz kimi ittihamlarla əsaslandırılır. Lakin insan haqları qrupları bu hökmlərin bir çoxunun ədalətsiz məhkəmə prosesində və beynəlxalq standartlara riayət olunmadan çıxarıldığını iddia edirlər.

Amnesty İnternational da daxil olmaqla insan haqları qrupları dəfələrlə İran hökumətini edam hökmündən geniş istifadə etdiyinə görə tənqid ediblər. Onlar bildirirlər ki, bir çox məhkumlar işgəncə və ya təzyiq altında cinayətləri etiraf etməyə məcbur ediliblər.Səsini çıxaran edamla qorxudulurMaraqlıdır ki, İranda edamların artması son illərdə bu ölkədə baş vermiş geniş etirazların və iğtişaşların yatırılması ilə üst-üstə düşür. Müşahidəçilər hesab edir ki, İran hökuməti edam hökmündən qorxu və sosial nəzarət yaratmaq üçün bir vasitə kimi istifadə edir. Amma vətəndaşların etirazına qarşılıq olaraq edam qərarlarının verilməsi vəziyyəti daha da gərginləşdirir. Belə çoxsaylı edamlar ictimai nifrət və qəzəbi artırır. Ən güclü silah da xalq qəzəbidir. O, güclü sel kimidir, qarşısına çıxan bənd-bərəyə baxmır.Xatırladaq ki, İranda edamların pik həddi 1980-ci illərdə yaşanmışdı. Qəribəsi də odur ki, o illərdə kütləvi edamlarına görə, “Qəssab” adını qazanmış icraçı İbrahim Rəisi sonradan İran dövlətinin başına gətirilir və bundan sonra tarix təkərrür edir. Yəni məhz onun hakimiyyəti dövründə (2021-2024) edamların sayı kəskin artmağa başlayır. 2024-cü il məlum helikopter qəzasında Rəisinin vəfatı isə bu edam makinəsinin sürətini ala bilmədi. Əksinə, xüsusilə İran-İsrail müharibəsindən və ölkədəki elektrik, su qıtllğı problemindən sonra etiraz aksiyalarının keçirilməsi bu kəmiyyəti daha da artırıb.Keçmişin izini isə “torpaqlama” üsulu ilə ört-basdır etmək istəyirlər. Beynəlxalq Əfv Təşkilatı xəbər verir ki, Tehran bələdiyyəsi Beheşt Zəhra qəbiristanlığında 1980-ci illərdə edam edilmiş siyasi məhbusların məzarlarını avtobus dayanacağına çevirərək bu cinayətlərin sübutlarını məhv edir. Görəsən, hazırki edamların üstünü yaxın tarixdə nəylə örtəcəklər?Şəfiqə Şəfa, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
1
bizim.media

2Mənbələr