AZ

Türkmənistan Rusiyanın təsir dairəsindən çıxmaq istəyir Ekspert

Qaynarinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Əsası qoyulan bu yeni əməkdaşlıq Mərkəzi Asiyanın Rusiyanın təsirindən uzaqlaşdırılması prosesinin bir mərhələsidir".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov ötən həftə Türkmənbaşıda Azərbaycan, Özbəkistan və Türkmənistan arasında ticari-iqtisadi və nəqliyyat sahəsində imzalanan mühüm sənədləri şərh edərkən deyib. 

"Türkmənistan uzun müddət qarışmamaq siyasəti yürüdərək, güc mərkəzləri ilə xüsusi məsafə saxlamaqda davam edirdi. Müstəqillik dövründən üzü bəri Türkmənbaşı iqtisadi-siyasi həyatında məhz bu amil üstünlük təşkil edib. Türkmənbaşıda baş tutan üçtərəfli görüş də bu mənada bölgədə Rusiyanın təsir dairəsinin azalması istiqamətində atılan addımlardan biridir", deyə iqtisadçı bildirib. 

Ancaq ekspert düşünür ki, bunun üçün prosesin icra mexanizminin həyata keçməsini gözləməliyik:

"Ticarət sazişlərinin imzalanması bütün ikitərəfli münasibətlərdə vacib hesab olunan bir məqamdır. Amma burada əsas məsələ göstəricilərlə bağlıdır. Türkmənistan üçün Avropa məkanı ilə ticarət, o cümlədən Transxəzər qaz kəməri vasitəsilə qaz ixracının ona nə verəcəyi maraqlıdır. Türkmənistan Qərblə iqtisadi əməkdaşlığa üstünlük verən dayanıqlı bir məkana birbaşa çıxış əldə edir. Bu mənada mövcud layihələr icra olunmağa başlasa, Rusiyanın Mərkəzi Asiyaya təsir dairəsinin azaldılması prosesi də gerçəkləşəcək".

Qeyd edək ki, Türkmənbaşı Zirvə görüşündə Azərbaycan, Özbəkistan və Türkmənistan arasında ticarət və nəqliyyat sahəsi üzrə mühüm sənədlər imzalanıb. Zirvə görüşündə səsləndirilən əsas mesajlardan biri də ticarət dövriyyəsinin artırılması və sənaye kooperasiyaları səhəsində qarşılıqlı əməkdaşlığın gücləndirilməsi olub. 

"Anlaşma Memorandumu" Orta dəhlizin və Transxəzər yükdaşımalarının texniki və institusional koordinasiyasını təmin edən mühüm çərçivədir. Vahid tarif siyasəti, terminalların qarşılıqlı uyğunlaşdırılması və dəmiryolu infrastrukturunun modernləşdirilməsi regional ticarətin dayanıqlılığını və həcmini artıracaq. Habelə, razılaşdırılmış təşəbbüslərin icrası üçün praktiki "Yol xəritəsi” hazırlanacaq və bu sənəd əsasında müvafiq nazirliklər tərəfindən əlaqələndirilmiş tədbirlər həyata keçiriləcək. Bu isə üçtərəfli əməkdaşlığın yalnız siyasi bəyanatlar səviyyəsində qalmadığını, konkret mexanizmlərlə gücləndiriləcəyini nümayiş etdirir. 

Xatırladaq ki, Mərkəzi Asiya regionu əsasən Rusiyanın təsir dairəsindədir. Rusiya bölgənin digər dünya ilə geniş əlaqələrinə imkan vermir. Onun nəticəsi olaraq hələ də Transxəzər qaz kəməri layihəsi gerçəkləşmir. Lakin görünən odur ki, Azərbaycan, Türkmənistan və Özbəkistan arasında bağlanan yeni əməkdaşlıq bu məsələnin də həllinə şərait yarada bilər. 

Rüfət Sultan

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
qaynarinfo.az

1Mənbələr