AZ

"Doğum günümü elə-belə öz ailəmlə keçirirəm" - Allahşükür Paşazadə

Dünən doğum gününü qeyd edənlər arasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə də olub. O, 76 yaşını qeyd edib. Şeyxin doğum gününü xaric ölkələrdən birində təmtəraqlı şəkildə qeyd etməsi ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb.


Manset.az məsələ ilə bağlı Allahşükür Paşazadə ilə əlaqə saxlaya bilib. O, saytımıza açıqlamasında doğum gününü sadə şəkildə ailəsi ilə birlikdə qeyd etdiyini bildirib:

“Hazırda Azərbaycandayam, ailəmin yanındayam. Doğum günümü elə belə öz ailəmlə keçirirəm. Ümumiyyətlə, təmtəraqlı ad günü qeyd etməyi heç vaxt sevməmişəm. Həmişə çalışmışam ki, sadə və ailəmlə birgə olsun. Xaricə getməyim isə yalnız işgüzar səfərlərlə bağlı ola bilər. Mən hamıya can sağlığı arzulayıram".

Seçilən
7
2
manset.az

3Mənbələr