AZ

Dövlət xətti ilə hansı ölkədə nə qədər tələbə oxuyur? – Siyahı


Xarici ölkələrin ali təhsil müəssisələrində dövlət xətti ilə təhsil alan azərbaycanlı tələbələrin sayı son bir ildə artıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, 2023-24-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində dövlət xətti ilə təhsil alan azərbaycanlı tələbələrin sayı 997 nəfər olduğu halda, 2024-25-ci tədris ilində onların sayı  1111 nəfər olub.
MDB-yə üzv ölkələrdə təhsil alan tələbələrin sayı isə son bir ildə 217 nəfərdən 212 nəfərə düşüb. Digər ölkələrdə təhsil alan tələbələrin sayı isə 780 nəfərdən 899 nəfərə kimi artıb.
Azərbaycanlı tələbələr MDB-yə üzv ölkələrdən Rusiyada (198 tələbə), Qazaxıstanda (12 tələbə) və Tacikistanda (2 tələbə) təhsil alırlar.
Xarici ölkələrdə təhsil alan Azərbaycanlı tələbələrin sayı aşağıdakı kimi olub:
Türkiyə – 478 tələbə;
Macarıstan – 321 tələbə;
Rusiya – 198 tələbə;
Çin – 72 tələbə;
Rumıniya – 13 tələbə;
Qazaxıstan – 12 tələbə;
Böyük Britaniya – 4 tələbə;
Koreya – 3 tələbə;
Tacikistan – 2 tələbə;
ABŞ – 1 tələbə;
İspaniya – 1 tələbə;
İtaliya – 1 tələbə;
Slovakiya – 1 tələbə.


Onu da bildirək ki, 2015-16-cı tədris ili ilə müqayisədə xarici ölkələrin ali təhsil müəssisələrində dövlət xətti ilə təhsil alan azərbaycanlı tələbələrin sayı kəskin şəkildə azalıb. Müqayisə üçün qeyd edək ki, 2015-16-cı tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində dövlət xətti ilə təhsil alan azərbaycanlı tələbələrin sayı 2 998 nəfər olub. 10 il əvvəl dövlət xətti ilə Almaniyada 316 azərbaycanlı tələbə təhsil aldığı halda, bu il Almaniyada bir nəfər də olsun azərbaycanlı tələbə oxumayıb. Bundan başqa 10 il əvvəl Böyük Britaniyada 621 azərbaycanlı tələbə oxuyub və bu il onların sayı 4 nəfərə kimi azalıb.

Elnur Əli
Seçilən
6
2
yeniavaz.com

3Mənbələr