AZ

Vətəndaşdan AYNA ya çağırış: Dayanacaq quraşdırılsın

ain.az, Baku.ws saytına istinadən bildirir.

Baksol yolunda, "Metak" şirkətinin qarşısında yerləşən avtobus dayanacağının olmaması ilə bağlı vətəndaşlar narazılıq edir.

BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib.

Qeyd edilib ki, dayanacaqda pavilyon olmadığı üçün şəhər sakinləri, xüsusilə şagirdlər, günəşin qovurucu şüalarından və digər hava şəraitindən qorunmaq üçün çətinlik çəkirlər.

Vətəndaşın sözlərinə görə, sakinlər avtobus dayanacağının yanındakı dəmir boruların arxasında sığınmaq məcburiyyətində qalırlar və bu boruların qızmış olması vəziyyəti daha da çətinləşdirir. Dayanacaq pavilonunun quraşdırılması üçün səkinin eni 3,5 metrdir və bu, kifayət qədər əlverişli sahədir.

Vətəndaş həmçinin xatırladıb ki, iki il əvvəl əraziyə baxış keçirdikdə əməkdaşlar da bu məsələni təsdiqləmişdilər. Vətəndaş, "71" nömrəli avtobusları gözləyən sakinlərin bu kiçik, amma vacib probleminin həll olunmasını tələb edir.

Şahanə Xankişiyeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
1
baku.ws

2Mənbələr