AZ

Bu lombard şirkəti çox sürətlə böyüyür - 6 AYDA 2,5 MİLYON MANAT XALİS QAZANC

"Kredit Evi" ASC 2025-ci ilin ilk 6 ayını (yanvar-iyun) 2 milyon 506 min mant xalis mənfəət ilə başa vurub. Yeri düşmüşkən qeyd edək ki, "Kredit Evi" ASC 2023-cü ili 1 milyon 518 min manat, 2024-cü ili 2 milyon 892 min manat xalis mənfəət ilə bağlamışdı.

Marja.az xəbər verir ki, 2025-ci ilin 1-ci yarısında "Kredit Evi"nin faiz gəlirləri 10 milyon 612 min manat, digər gəlirləri 13 min manat təşkil edib. Lizinq və lombard şirkətinin xərcləri isə 8 milyon 119 min manat olub. 

2024-cü ildə "Kredit Evi"nin faiz gəlirləri 14 milyon 953 min manat təşkil etmişdi. 

KREDİT PORTFELİ BÖYÜYÜB

30 İyun 2025-ci il tarixində  "Kredit Evi" 46 milyon 79 min manat kredit portfelinə (müştərilərə verilmiş kreditlər) malik olub. Qeyd edək ki, ötən il "Kredit Evi" kredit portfeli (müştərilərə verilmiş cəmi kreditlər) 12 milyon 977 min manat və ya 51% (1,5 dəfə) artaraq 31 dekabr 2024-cü il tarixində 38 milyon 420 min manata çatmışdı.

Qeyd edək ki, 404 min manat nizamnamə kapitalı olan "Kredit Evi" ASC-nin səhmdarları Səbuhi Əzizov (50%) və Kazım Hüseynovdur (50%).

Kredit Evi ASC xalis mənfəət 2025 ilk yarımil 2 milyon 506 min manat 2023 mənfəəti 2024 mənfəəti faiz gəlirləri digər gəlirlər xərclər lizinq şirkəti lombard şirkəti kredit portfeli müştərilərə verilmiş kreditlər 2024 kredit portfeli artım nizamnamə kapitalısəhmdarlar Səbuhi Əzizov Kazım Hüseynov maliyyə göstəriciləri bank sektoru maliyyə bazarı
Seçilən
9
marja.az

1Mənbələr