
Bu ilin yanvar-iyun ayları ərzində Bakı şəhərində tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin dəyəri 4,722 milyard manat təşkil edib.
Kommersant.az-ın Bakı şəhər Statistika İdarəsinə istinadən məlumatına görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 9,9% çoxdur.
Hesabat dövründə inşaat işlərinin dəyəri üzrə ən yüksək göstərici Bakının Xətai rayonunda, ən aşağı isə Xəzər rayonunda qeydə alınıb.
Bakının rayonları üzrə 2025-ci ilin yanvar-iyun aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin dəyərinə dair göstəriciləri təqdim edirik: