AZ

"Rheinmetall" Almaniyada Avropanın ən böyük sursat zavodunu açır

Bu gün Almaniyanın "Rheinmetall" konserni Hannover şəhəri yaxınlığında Avropanın ən böyük sursat istehsalı zavodunu açacaq.

APA xəbər verir ki, bu barədə məlumatı "Bloomberg" agentliyi yayıb.

Məlumatda deyilir ki, Hannover yaxınlığındakı Unterlüss şəhərində yerləşən zavodun rəsmi açılış mərasimində "Rheinmetall" şirkətinin baş direktoru Armin Papperqer, Almaniyanın maliyyə naziri və vitse-kansleri Lars Klinqbayl, müdafiə naziri Boris Pistorius və NATO-nun Baş katibi Mark Rutte iştirak edəcəklər.

Seçilən
13
2
apa.az

3Mənbələr