Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Aleksey İsayev Rusiyanın “Championat.com” saytına müsahibə verib.
Operativ Media xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi Ağdam təmsilçisinin Sankt-Peterburqun “Zenit” klubuna bənzədilib-bənzədilməməsi ilə bağlı sualı da cavablandırıb.
- “Qarabağ” Azərbaycanın “Zenit”idir?
- Hazırda bu, tam olaraq belədir. İnfrastruktur baxımından da burada hər şey yüksək səviyyədədir. Öz bazamız var: çox keyfiyyətli iki meydança, trenajor zalı, hovuz. Futbolçular üçün lazım olan hər şey var.
Qurban Qurbanov əfsanədir və böyük insandır. Məndən inciməsin, amma belə deyəcəyəm: o, Azərbaycan futbolunun nəhəngidir. Necə kişi olmaq lazım olduğunu göstərən nümunədir. Biz hər gün həm meydanda, həm də meydandan kənarda necə davranmaq lazım olduğunu ondan öyrənirik.
Qeyd edək ki, Aleksey İsayev Krasnoyarsk futbol məktəbinin yetirməsidir. O, əvvəllər “Yenisey”, “Zenit-2” və “Sabah” klublarında çıxış edib.