AZ

Xıdırlı kəndinə növbəti 104 ailə köçürülüb

Ağdamın Xıdırlı kəndinə 370 nəfər olmaqla 104 ailə köçürülüb.  Bu barədə Qaçqınların və Məcburi Köçkünlər üzrə dövlət Komitəsi məlumat yayıb. 

Ağdam 2020-ci ilin noyabrında işğaldan azad edilib. İkinci Qarabağ Müharibəsində ən çox zərər çəkmiş rayondur. Müharibəyə qədər Ağdamda 143 min insan yaşayıb.

Prezidentin sərəncamı ilə imzalanan Qarabağa qayıdış proqramı çərçivısində 2026-ci ilə kimi 20 min nəfərin Ağdama köçürülməsi nəzərdə tutulub.

Gülnar 

Seçilən
0
3
anews.az

4Mənbələr