Bu ilin yanvar-iyun ayları ərzində Bakı şəhərində tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin dəyəri 4,722 milyard manat təşkil edib.
Day.Az-ın Bakı şəhər Statistika İdarəsinə istinadən məlumatına görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 9,9% çoxdur.
Hesabat dövründə inşaat işlərinin dəyəri üzrə ən yüksək göstərici Bakının Xətai rayonunda, ən aşağı isə Xəzər rayonunda qeydə alınıb.
Bakının rayonları üzrə 2025-ci ilin yanvar-iyun aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin dəyərinə dair göstəriciləri təqdim edirik:
Cəmi, min manat | Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə | |
Bakı şəhəri - cəmi | 4 721 794,0 | 109,9 |
o cümlədən rayonlar: | ||
Binəqədi | 663 900,3 | 84,8 |
Xətai | 937 141,8 | 119,5 |
Xəzər | 73 595,5 | 2,5 d. |
Qaradağ | 255 328,6 | 2,1 d. |
Nərimanov | 560 681,7 | 125,2 |
Nəsimi | 729 258,2 | 91,5 |
Nizami | 431 619,5 | 119,9 |
Sabunçu | 403 517,5 | 167,1 |
Səbail | 188 291,0 | 125,9 |
Suraxanı | 73 846,9 | 77,1 |
Yasamal | 404 613,0 | 83,2 |
Əsas kapitala yönəldilmiş vəsaitlərin 2,510 milyard manatı və ya 61,6 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.
2025-ci ilin yanvar-iyun aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 86,6 faizini inşa, yenidənqurma və bərpa, 6,6 faizini əsaslı təmir, 3,5 faizini cari təmir, 3,3 faizini isə sair tikinti işləri təşkil edib.
Ümumi inşaat işlərinin 91,4 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.