AZ

İtaliya millisinin heyətində Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

İtaliya millisinin heyətində Avropa çempionu olmuş Alessandro Florentsi 34 yaşında karyerasını bitirib.

"Report" xəbər verir ki, futbolçu "Milan"dan ayrılaraq karyerasını başa vurduğunu elan edib.

İtaliyalı müdafiəçi 2021-ci ildən Milan təmsilçisində çıxış edirdi. O, bu müddət ərzində meydana çıxdığı 77 matçda, 3 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

O, "Milan"ın heyətində İtaliya çempionu və ölkə Superkubokunun qalibi olub.

Qeyd edək ki, "Roma"nın yetirməsi olan A.Florentsi və karyerasının böyük hissəsini məhz (2010 - 2022) bu klubda keçirib. O, həmçinin PSJ (Fransa), "Valensiya" (İspaniya) və İtaliyanın digər klubu "Krotone"də də çıxış edib.

Seçilən
3
3
report.az

4Mənbələr