AZ

Fermer və təsərrüfatlara verilən sığorta ödənişləri 55 faiz artıb

Bu ilin yanvar-iyun aylarında Aqrar Sığorta Fondu tərəfindən fermer və təsərrüfatlara 41 rayonda ümumilikdə 4 milyon 435 min manat sığorta ödənişi edilib.

Fondun məlumatına görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 55 faiz artıqdır. Sığorta ödənişlərindən 4 milyon 245 min manat əkin sahələri, 190 min manat isə heyvandarlıq sığortası üzrə ödənilib.

Ən çox zərər ödənişi həyata keçirilən rayonlar Füzuli, Ağcabədi, Tovuz, Tərtər, Ağsu, Hacıqabul, Beyləqan və Şəkidir.

Seçilən
43
vergiler.az

1Mənbələr