
ABŞ-da 100-dən çox insan haqları qrupları və qeyri-hökumət təşkilatlarından (QHT) ibarət koalisiya administrasiyadan İsraildə həbsdə olan ABŞ vətəndaşı Məhəmməd İbrahimin azad edilməsi üçün hərəkətə keçməyi tələb edib.
Reyting.az xəbər verir ki, insan haqları qrupları və qeyri-hökumət təşkilatlarından ibarət koalisiya ABŞ dövlət katibi Marko Rubioya məktub yazıb.
Məktubda 16 yaşlı İbrahimin işğal altındakı İordan çayının qərb sahilindəki Ofer həbsxanasında mühakimə olunmadan saxlandığı və İsrailin tətbiq etdiyi əlverişsiz həbsxana şəraiti səbəbindən səhhətinin pisləşdiyi bildirilib.
Məktubda İbrahimin ABŞ-nın müdaxiləsinə təcili ehtiyac olduğu vurğulanır: “Biz ABŞ Dövlət Departamentindən Məhəmməd İbrahimin İsrail həbsxanasından təhlükəsiz şəkildə azad edilməsi üçün hərəkətə keçməsini tələb edirik”.
V. QULİYEV