AZ

İngiltərə nəhənginin futbolçusu "Borussiya"da - RƏSMİ

Dortmund "Borussiya"sı heyətinə yeni futbolçu cəlb edib. 

Fanat.Az xəbər verir ki, məlumatı Almaniya nəhənginin mətbuat xidməti yayıb.

Bundesliqa təmsilçisi “Çelsi”dən Aaron Anselminonun keçidini reallaşdırıb. "Arılar" 20 yaşlı müdafiəçini icarəyə götürüb. Anlaşmaya əsasən, o, 2025/2026 mövsümündə Dortmund klubunda çıxış edəcək.

Qeyd edək ki, "Çelsi" Aaron Anselminonu ötən ilin yayında "Boka Xuniors"dan transfer edib. O, "zadəganlar"ın heyətində 20 oyunda meydana çıxıb.

Seçilən
1
fanat.az

1Mənbələr