AZ

Azərbaycandan alma, armud və heyva ixracı 53,6% artıb

BAKI, 27 avqust. TELEQRAF

Bu ilin ilk yeddi ayı ərzində ölkəmizdən 58,941.5 ton alma, armud və heyva ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 53,6% artıqdır.

İxrac olunan məhsulun həcmi ilə yanaşı dəyərində də artım müşahidə olunur.

Qeyd olunan dövrdə xarici bazarlara ixrac edilən alma, armud və heyvanın ümumi dəyəri 41,647.7 min dollar təşkil edib.

Bu məhsulların ixrac dəyəri ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 62,9% artıqdır.

Seçilən
13
5
teleqraf.com

6Mənbələr