İtaliyalı müdafiəçi Alessandro Florensi karyerasını başa vurub.
İdmanxeber.az-ın məlumatına görə, 34 yaşlı futbolçu “Krotone”, “Roma”, “Valensiya”, PSJ və “Milan” klublarında çıxış edib, İtaliya millisində isə 49 oyun keçirib.
Florensi karyerası ərzində 5 titul qazanıb. O, “Milan”la A Seriya çempionu, PSJ ilə Fransa kuboku və superkubok qalibi olub, İtaliya yığması ilə isə 2021-ci ildə Avropa çempionatını qazanıb.