AZ

Ukrayna dövlət sərhədini keçmə qaydasını yenilədi

Ukrayna hökuməti dövlət sərhədini keçmə qaydasını yeniləyib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  bu barədə Ukrayna Baş naziri Yuliya Sviridenko öz teleqram kanalında paylaşım edib.

Bildirilib ki, tammiqyaslı müharibədən sonra ilk dəfə olaraq 18-22 yaş arası kişilər sərhədi maneəsiz keçə biləcəklər.

Məlumata görə, bu, müvafiq yaşda olan bütün vətəndaşlara aiddir. Belə ki, bu qərar müxtəlif səbəblərdən xaricə gedən vətəndaşlara da şamil edilir.

Milli.Az

Seçilən
3
3
milli.az

4Mənbələr