Sea Breeze

2025-2026-cı tədris ili üzrə Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində Rumıniya ali təhsil müəssisələrində təhsil almaq üçün keçirilmiş müsabiqənin nəticələri açıqlanıb. Nəticələrə əsasən, 8 nəfər Azərbaycan vətəndaşı təqaüd proqramının qalibi olub.

Yekun qərar nəticəsində seçilən gənclər Rumıniyanın aparıcı ali təhsil müəssisələrində – “University of Bucharest”, “National University of Science and Technology Politehnica Bucharest”, “Bucharest University of Economic Studies”, “Transilvania University of Brasov” və “Lucian Blaga University of Sibiu”-da təhsil alacaqlar.

Tələbələr bakalavriat (2 nəfər) və magistratura (6 nəfər) səviyyələri üzrə biznesin idarə edilməsi, iqtisadiyyat, kimya, informasiya texnologiyaları və beynəlxalq münasibətlər kimi ixtisaslarda təhsil alacaqlar.

Qeyd edək ki, proqramın şərtlərinə uyğun olaraq, tələbələr əvvəlcə 1 il müddətində ödənişsiz rumın dili hazırlıq kursuna cəlb olunacaqlar. Təhsil haqqı, yataqxana, aylıq təqaüd və tibbi sığorta xərcləri Rumıniya hökuməti tərəfindən, yol xərci isə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən qarşılanacaq.

ETX
ETX
Baku Water Week
ETX
Baku Water Week
ETX