AZ

Qazaxda yanğın törədən şəxs saxlanılıb

Avqustun 22-də Qazax rayon Ağköynək kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Ucnoqta.az-a bildirilib ki, araşdırmalarla yanğının 1990-cı il təvəllüdlü Elnur Məmmədovun həmin ərazidə qaynaq işləri aparan zaman ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub.

Nəticədə 1 hektar biçilmiş əkin sahəsi yanıb.

E. Məmmədov barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Seçilən
31
10
ucnoqta.az

10Mənbələr