AZ

 "Kajiki" qasırğası nəticəsində ölənlərin sayı 7-yə çatdı

Vyetnamda “Kajiki” qasırğasının yaratdığı şiddətli tufan və daşqınlar nəticəsində ölənlərin sayı 7-yə, yaralananların sayı isə 34-ə çatıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Kajiki tayfunu və ondan sonra yaranan daşqınlar ölkədə mənfi təsirlərini davam etdirir.

Rəsmi mənbələr ölənlərin sayının 7-yə, yaralıların sayının isə 34-ə yüksəldiyini bildirir. Eyni zamanda, bir nəfərin hələ də itkin olduğu qeyd olunur.

Təhlükəsizlik orqanları bildirirlər ki, tayfun səbəbindən təxminən 1,6 milyon nəfər elektrik enerjisindən məhrum olub. Onların məlumatına görə, 15 ev tamamilə dağılıb.

Qeyd edək ki, avqustun 23-də Kajiki tayfunu səbəbindən Çinin cənubundakı Hainan adasında “4-cü səviyyə” fövqəladə vəziyyət elan olunub.

Kajiki bu il Sakit okeanda əmələ gələn 13-cü tayfundur.

Seçilən
6
manset.az

1Mənbələr