AZ

Spotify istifadəçilərinə YENİLİK

ain.az bildirir, Milli.az portalına istinadən.

"Spotify" artıq istifadəçilərə platforma daxilində birbaşa mesajlaşma (DM) imkanı təqdim edir. 

Milli.Az xəbər verir ki, indiyədək mahnı, podkast və audiokitab paylaşımı əsasən digər platformalar - "Instagram" , "WhatsApp" , "Facebook" və "TikTok" vasitəsilə aparılırdı. Lakin yeni funksiya ilə istifadəçilər "Spotify" daxilində dostları və ailə üzvləri ilə məzmun paylaşa, tövsiyələr göndərə və birbaşa ünsiyyət qura biləcəklər.

"Spotify"dan verilən açıqlamada deyilir:

"İstifadəçilər bizdən sevimli məzmunlarını paylaşmaq üçün daha rahat yol istəyirdilər. Məqsədimiz bu əlaqə anlarını tətbiq daxilində daha səmərəli və sadə etməkdir" .

Mesajlar funksiyası hələlik seçilmiş bazarlarda 16 yaş və yuxarı istifadəçilər üçün aktivdir. İstifadəçilər Jams, Blends, ortaq pleylistlər, həmçinin Ailə və Duo planında paylaşım etdikləri şəxslərlə mesajlaşa biləcəklər.

Digər platformalardakı kimi, "Spotify"da da mesaj sorğularını qəbul və ya rədd etmək, həmçinin müəyyən hesabları bloklamaq mümkündür. Şirkət vurğulayıb ki, qeyri-qanuni və zərərli məzmunun qarşısını almaq üçün mesajlar proaktiv aşkarlama texnologiyası ilə yoxlanılacaq və moderasiya ediləcək.

Mesaj göndərmək üçün istifadəçilər "İndi oxunur" bölməsində paylaşma işarəsinə toxunub dost seçə və göndər düyməsinə basmalıdırlar. Alıcı qəbul etdikdən sonra emoji və ya mətnlə cavab verə bilər.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
2
news.milli.az

3Mənbələr