AZ

Çin ordusunda "təmizlənmə işi" həyata keçirilir - "Bloomberg"

Çin lideri Si Cinpin hakimiyyətdə olduğu müddətdə şəxsən təyin etdiyi generalların demək olar ki, beşdə birini vəzifəsindən uzaqlaşdırıb. Onlardan bəziləri istintaq altındadır, bəziləri isə sadəcə olaraq ictimaiyyət qarşısına çıxmağı dayandırıb.

“İki sahil” xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Agentlik qeyd edir ki, Mao Tsedonun dövründən bəri Çində yüksək səviyyəli hərbi qulluqçuların belə kütləvi təmizlənməsi olmayıb. Müqayisə üçün qeyd edək ki, Jintao və Jiang Zemin hakimiyyəti dövründə Çin Xalq Azadlıq Ordusunun yüksək rütbələri ilə bağlı bir dəfə də olsun araşdırma aparılmayıb.

Çin televiziyasının reportajlarını, parlament bülletenlərini və digər açıq mənbələri təhlil etdikdən sonra məlum olub ki, Çini idarə etdiyi 13 il ərzində Si Çinpin karyerada yüksəltdiyi generalların 17,7%-ni vəzifəsindən uzaqlaşdırıb. Üstəlik, bu halların demək olar ki, hamısı Si Cinpinin üçüncü dövründə, yəni 2022-ci ilin oktyabrından sonra baş verib.

Üstəlik, aksiyalar nəticəsində Çin Mərkəzi Hərbi Komissiyasında (ölkənin ali hərbi orqanı) cəmi dörd üzv qalıb. Agentlik qeyd edir ki, bu, Maonun hakimiyyəti dövründən bəri ən aşağı göstəricidir.

Seçilən
10
ikisahil.az

1Mənbələr