AZ

Kəlbəcərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri dövlətin sosial siyasətinin əsas prioritetlərindən biridir

Azərbaycan öz torpaqlarını 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad etdi. Vətən müharibəsi başa çatanda Kəlbəcər, Laçın, Ağdamın böyük hissəsi hələ işğal altında idi. Müharibədə sarsıdıcı məğlubiyyətə uğramış Ermənistan 2020-ci il 10 noyabr bəyanatı ilə Kəlbəcər, o cümlədən Ağdam və Laçını qaytarmaqla bağlı öhdəlik götürdü. Beləliklə, Kəlbəcər bir güllə atılmadan azad edildi. Kəlbəcər mühüm strateji əhəmiyyət kəsb etməklə Azərbaycanın ən böyük rayonudur. Ecazkar təbiəti, flora və faunası, təbii sərvətləri, zəngin su ehtiyatları ilə yanaşı, Kəlbəcər həm də ən qədim insan məskənlərindən biri kimi tanınır. Buradakı mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb. Eyni zamanda, sənaye əhəmiyyətli yataqları xüsusilə əhəmiyyət kəsb edir. Rayon ərazisində böyük ehtiyatlara malik əlvan və üzlük daşlar, inşaat materialları yataqları mövcuddur. Bütün azad edilmiş ərazilərimiz kimi, ölkəmizin dilbər bölgələrindən biri olan, əsrarəngiz təbiət mənzərələri, gözəlliyi ilə seçilən, doğma sakinlərinə qovuşaraq azad günlərini yaşayan Kəlbəcərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin məkanına çevrilib. Ardıcıl şəkildə aparılan bu işlər nəticəsində Kəlbəcər yeni inkişaf dövrünü yaşayır və gündən-günə daha da gözəlləşir. Kəlbəcərin bərpası Azərbaycanın Böyük Qayıdış Proqramının mühüm tərkib hissəsi olmaqla yanaşı, gələcək nəsillərə sabit və firavan vətən bəxş etmək missiyasını özündə ehtiva edir. Əldə olunmuş tarixi Zəfər və sonrakı quruculuq işləri göstərir ki, Azərbaycan dövləti müasir dövrdə həm milli maraqlarını təmin etmək, həm də beynəlxalq arenada dayanıqlı inkişaf nümunəsi yaratmaq gücünə malikdir. Kəlbəcərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri dövlətin sosial siyasətinin əsas prioritetlərindən biridir. Prezident cənab İlham Əliyevin səfəri çərçivəsində yeni yaşayış komplekslərinin təməlqoyma mərasimləri, mənzillərin sakinlərə təqdim olunması və sosial obyektlərin istifadəyə verilməsi regionun sürətli dirçəlişini göstərir.

Azər Ağayev,

YAP Tərtər rayon təşkilatının sədr müavini

Seçilən
1
yeniazerbaycan.com

1Mənbələr