AZ

Kəlbəcər şəhərinin daxili yollarının tikintisi sürətlə və keyfiyyətlə davam etdirilir

Ümumi uzunluğu 26,5 km olan şəhərdaxili yolların birinci mərhələdə 18,9 km-lik hissəsində tikinti işləri aparılır. Yollar 4 müxtəlif en kəsiyinə uyğun inşa edilir. Bu kəsiklərə uyğun olaraq, hərəkət zolaqlarının sayı 2-dən 4-ə qədər, hərəkət zolaqlarının eni 3-3,5 metr, yaşıllıq zolaqlarının eni 1,5-3 metr, velosiped zolaqlarının eni 0,7-1,5 metr, piyada səkilərinin eni isə 2-4 metr təşkil edir. Yolların torpaq yatağının eni 12, 18, 24 və 30 metr olmaqla dəyişir.

Hazırda birinci mərhələdə şəhər küçələri boyunca kommunikasiya xətlərinin – su, kanalizasiya, yağış suları, qaz, rabitə və elektrik xətlərinin tikintisi işləri demək olar ki, başa çatmaq üzrədir. Bu məqsədlə müxtəlif diametrli borular və texniki quyular quraşdırılır, həmçinin bordür və tamet daşlarının düzülməsi işləri aparılır.

Layihə çərçivəsində tikinti işlərinin 76%-i artıq yerinə yetirilib.

Bütün tikinti prosesi “İnşaat Norma və Qaydaları”na uyğun olaraq və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilir.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Kəlbəcər şəhərinin daxili yollarının tikintisi layihəsinin 2026-cı ildə tam başa çatdırılması nəzərdə tutulur.

Seçilən
13
10
operativmedia.az

10Mənbələr