AZ

Alimlər 5 milyon illik yeni planet kəşf etdilər

İrlandiyalı astronomlar beynəlxalq tədqiqatçılarla birgə Yer kürəsindən 430 milyon işıq ili uzaqlıqda yeni planet kəşf ediblər.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, ESO-nun Çilidə yerləşən Very Large Telescope-u vasitəsilə aşkar edilən bu planet WISPIT 2b adlandırılıb. Alimlərin sözlərinə görə, planet Jupiterə bənzəsə də, cəmi 5 milyon yaşı var. Bu isə onu indiyədək kəşf edilən ən gənc qaz nəhənglərindən birinə çevirir.

Mütəxəssislər hesab edirlər ki, bu kəşf planetlərin formalaşmasının ilkin mərhələlərini öyrənmək üçün mühüm imkanlar yaradır. WISPIT 2b-nin gənc olması sayəsində alimlər planetlərin yaranma prosesində baş verən mexanizmləri daha dərindən təhlil edə biləcəklər.

Qeyd edək ki, yeni planet kəşfi İrlandiyanın Qalvey şəhərində fəaliyyət göstərən astronomlar üçün də böyük uğur hesab olunur.

Seçilən
7
azedu.az

1Mənbələr