AZ

"Mitsubishi Motors" illik mənfəət proqnozunu 50% azaldıb

Avqustun 27-də Yaponiyanın avtomobil istehsalçısı "Mitsubishi Motors" maliyyə ili üçün əməliyyat mənfəəti proqnozunu 50% azaltdığını açıqlayıb. Xalis mənfəət proqnozu 76% azalıb. Şirkət rəqəmlərin pisləşməsini ABŞ-ın idxal rüsumlarının artması, eləcə də xərclərin artmasının mənfi təsiri ilə izah edib.

“İki sahil” xəbər verir ki, bu barədə "mitsubishi-motors.com" saytı məlumat yayıb.

"Mitsubishi Motors" qeyd edir ki, Şimali Amerikada satışların 13%, Avstraliyada 8%, Avropada isə 4% azalacağını gözləyirlər. Bununla yanaşı, şirkət hesab edir ki, onun satışları ilin sonuna kimi bir sıra regionlarda arta bilər - Yaponiyada 10%, Çində 8%, Yaxın Şərq, Afrika və Latın Amerikasında isə 9%.

Yeni mənfəət və satış proqnozu açıqlandıqdan sonra "Mitsubishi Motors"un səhmləri 2% ucuzlaşıb.

Seçilən
7
ikisahil.az

1Mənbələr