AZ

Şamaxıda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub

Avqustun 27-də Şamaxı rayonunun Muğanlı kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Operativ Media-ya bildirilib ki, araşdırmalarla yanğının rayon sakini Mirağa Kazımov tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində biçilmiş əkin sahəsi və kol-kos yanıb. 

Həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Seçilən
4
24
operativmedia.az

10Mənbələr