Qaynarinfo saytından alınan məlumata görə, ain.az bildirir.
Ali təhsil müəssisələrinə ixtisas seçimi yekunlaşıb. Boş qalan plan yerlərinə ixtisas seçimi isə 28 avqust, 2 sentyabr tarixlərində keçiriləcək. İxtisas qrupları üzrə ümumilikdə 3 492 boş yer qalıb.
AzEdu.az-ın Dövlət İmtahan Mərkəzindən (DİM) əldə etdiyi məlumata əsasən, I-V ixtisas qrupları üzrə boş qalan yerlərə qəbul qaydaları və minimum bal tələbləri aşağıdakı kimi müəyyən edilib.
I ixtisas qrupu üzrə;
Müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılırlar. Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir:
"Riyaziyyat" və "Fizika" ixtisasları üzrə müsabiqəyə ümumi balı 250-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır;
Dövlət ali təhsil müəssisələrinin (ADA Universiteti və Sumqayıt Dövlət Universiteti istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxilır;
Aşağıda qeyd olunan ixtisas üzrə həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlərin müsabiqəsində ümumi balı 150-den ve imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər iştirak edə bilərlər:
- Şərabçılıq.
II ixtisas qrupu üzrə;
Müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.
Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir:
Dövlət ali təhsil müəssisələrinin tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır.
III ixtisas qrupu üzrə;
Müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.
Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir:
Dövlət ali təhsil müəssisələrinin "Filologiya (ingilis dil və ədəbiyyat üzrə) ixtisasının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır.
IV ixtisas qrupu üzrə;
Müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm pe ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.
Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir:
Dövlət ali təhsil müəssisələrinin (Sumqayıt Dövlət Universiteti istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır;
Aşağıda qeyd olunan ixtisaslar üzrə həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlərin müsabiqəsində ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər iştirak edə bilərlər:
Bağçılıq və tərəvəzçilik;
Su bioehtiyatları və akvakultura.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.