Ali təhsil müəssisələrinə qəbul imtahanlarında əsas ixtisas seçimi başa çatıb. Boş qalan plan yerlərinə ixtisas seçimi isə avqustun 28-dən sentyabrın 2-dək aparılacaq.
Abituriyentləri və valideynləri maraqlandıran əsas suallardan biri də əsas seçim mərhələsində universitetə qəbul olunan şəxslərin yenidən boş qalan yerlərə müraciət edib-edə bilməməsidir.
Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu.az-a bildirilib ki, imtahanların nəticələrinə görə ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək hüquqları yoxdur.