AZ

Qərb fəlsəfə tarixində “modern dövrün Aristotel"i adlandırılan filosof

Azərbaycanlı operatorlar “Qızıl göz” festivalına dəvət olunub.

Kulis.az xəbər verir ki, Gürcüstanın Adcara şəhərində 2009-cu ildən keçirilən “Qızıl göz” beynəlxalq operatorlar festivalında rəsmi müraciətə əsasən azərbaycanlı operatorlar da müsabiqədə iştirak edə bilərlər.

Festival film və televiziya operatorlarının yaradıcılıq və peşəkarlığının inkişafını dəstəkləyir. Hər il tədbirə müxtəlif ölkələrdən tanınmış operatorlar qatılır.

Müsabiqə mədəniyyət, turizm, etnoqrafiya, bədii operator işi (təhkiyə) və təbiət mövzusu üzrə keçiriləcək. Əlavə olaraq, beynəlxalq münsiflər heyəti qalibləri “Ən yaxşı tələbə işi”, “Ən yaxşı televiziya operatoru işi”, “Ən yaxşı film operatoru işi” və “Qran-pri” nominasiyalar üzrə seçəcək.

Müraciət üçün işlərin minimum (1920×1080 ölçüdə) Full HD formatında hazırlanması və elektron poçt vasitəsilə platforma linki (“YouTube”, “Vimeo”, “WeTransfer” və s.) ilə təqdim edilməsi tələb olunur.

Qeyd edək ki, ərizələrin qəbulu sentyabrın 10-dək aparılacaq. İştirak etmək istəyənlər ərizə forması üçün [email protected] elektron ünvanına müraciət edə bilərlər.

Seçilən
6
kulis.az

1Mənbələr