Potensial Rusiya-Ukrayna danışıqları ilə bağlı açıqlamalar verən Kremlin sözçüsü Dmitri Peskov hazırda hər iki ölkəədən olan danışıqlar qrupu rəhbərlərinin təmasda olduğunu bildirib. Lakin o, yeni raund üçün hələlik dəqiq tarix açıqlamayıb.
“Trampın sülhməramlı səyləri vacibdir və həqiqətən də Ukraynadakı mürəkkəb münaqişənin həllinə kömək edə bilər. Putin-Zelenski görüşü “yaxşı hazırlanmış” olmalıdır” - deyə Peskov bildirib.
Rusiyanın münaqişənin siyasi və diplomatik yollarla həllinə sadiq olduğunu deyən Kreml sözçüsü Ukraynadan da qarşılıqlı dəstək gözlədiklərini bildirib.
Ukraynada Qərb qoşunlarının yerləəşdirilməsinə gəlincə, Peskov bunun əleyhinə olduqlarını deyib: “Biz Moskvanın Ukraynaya təhlükəsizlik zəmanəti ilə bağlı Avropa təkliflərinə mənfi baxırıq. Ukraynada Qərb qoşunları olmamalıdır”.
TAHİR